KTMT-nin baş katibi dindirilməyə çağrılıb
Region
- 10 iyul, 2018
- 07:34
Bakı. 10 iyul. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Katibi general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də müxalifətin aksiyaları zamanı törədilən qətl hadisələri ilə bağlı cinayət işi çərçivəsində erməni müstəntiqləri tərəfindən şahid qismində dindirilməyə çağrılıb.
"Report"un məlumatına görə, bu barədə TASS-ın müxbirinə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yuri Xaçaturov dindirilməyə çağrılıb: "Sıx iş qrafiki səbəbindən, o, yalnız iyul ayının sonunda gələ biləcək".
Qeyd edək ki, Y.Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonunun komandiri olub, 2017-ci ildən isə KTMT-nin baş katibidir.
Son xəbərlər
10:37
Bakıda 3 uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib
Elm və təhsil10:35
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
İnfrastruktur10:29
Ermənistan XİN-ə əlavə səlahiyyətlər veriləcək
Region10:27
Tərtərdə ev yanıb, ər-arvad ölüb
Hadisə10:24
Gəncədə kütləvi dava olub, bir nəfər ölüb - YENİLƏNİB
Hadisə10:18
Didye Deşam "Əl-Əhli" klubunu çalışdırmaqdan imtina edib
Futbol10:10
Rusiya Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbə endirib, 20 nəfər xəsarət alıb
Digər ölkələr10:09
DSMF 7 ayda 135 minə yaxın elektron arayış verib
Maliyyə10:08