Kseniya Sobçakın Rusiya prezidentliyinə namizədliyi qeydə alınıb
- 26 dekabr, 2017
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiya Mərkəzi Seçki Komissiyası "Vətəndaş təşəbbüsü" Partiyasından Rusiya prezidentliyinə namizəd irəli sürülən teleaparıcı Kseniya Sobçakın sənədlərinə baxıb və ona dəstək qazanmaq üçün rəsmi kampaniyaya başlamağa icazə verib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, özünü "hamının əleyhinə" namizəd kimi təqdim edən K.Sobçak Rusiyanın keçmiş iqtisadiyyat naziri Andrey Neçayevin "Vətəndaş təşəbbüsü" Partiyasından seçkilərə qatılacaq. Teleaparıcı dekabrın 25-də müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
MSK bu gün "Vətəndaş təşəbbüsü" Partiyasından üç səlahiyyətli nümayəndəni, eləcə də K.Sobçakın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsini qeydiyyatdan keçirib və teleaparıcıya seçki hesabı açmaq icazəsi verib.
Hesab açıldıqdan sonra K.Sobçak seçici imzalarını toplaya biləcək.
Namizədlər qeydiyyat üçün müraciətlərini dekabrın 27-dən etibarən edə biləcəklər.
Məlumat üçün bildirək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək, seçki kampaniyası rəsmi olaraq dekabrın 18-də başlayıb.