Krımda elektrik qatarına PUA hücumu zamanı bir nəfər ölüb

Region
  • 04 iyun, 2026
  • 10:07
Krımda elektrik qatarına PUA hücumu zamanı bir nəfər ölüb

Ukraynanın Azovskoye kəndindən Kerç şəhərinə gedən qatara pilotsuz uçuş aparatı (PUA) hücumu zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Krımın (Rusiyanın işğalı altında olan) rəhbəri Sergey Aksyonov məlumat verib.

"Təcili əməliyyat xidmətləri hadisə yerindədir. Yalnız rəsmi mənbələrə etibar etməyiniz xahiş olunur", - o bildirib.