Kreml: "Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"

Region
  • 14 dekabr, 2021
  • 09:55
Kreml: Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir

“Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpin arasında videoformatda keçiriləcək sammit son dərəcədə vacibdir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdir: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.

Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.