Kreml Putin-Fidan görüşünün bəzi detallarını açıqlayıb

Region
  • 27 may, 2025
  • 17:50
Kreml Putin-Fidan görüşünün bəzi detallarını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında keçirilən görüşdə qaz tədarükü məsələsi müzakirə olunub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qaz mövzusu Putin və Fidan arasındakı görüşdə "müəyyən dərəcədə" müzakirə olunub", - o qeyd edib.