Kreml: İran-İsrail münaqişəsində Rusiyanın vasitəçiliyinə ehtiyacın olduğunu düşünmürük

Region
  • 19 iyun, 2025
  • 14:27
Kreml: İran-İsrail münaqişəsində Rusiyanın vasitəçiliyinə ehtiyacın olduğunu düşünmürük

Hazırda İran və İsrail arasındakı münaqişədə Rusiyanın vasitəçiliyinə xüsusi ehtiyac yoxdur.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, gələcəkdə belə bir ehtiyacın yaranıb-yaranmayacağını proqnozlaşdırmaq hələlik mümkün deyil.