Kreml mayın 7-9-da bağlı olacaq
Region
- 06 may, 2025
- 14:14
Moskvada Qələbə Günü ilə əlaqədar bayram tədbirlərinin keçirilməsi səbəbindən Kreml üç gün ərzində ziyarətçilər üçün bağlı olacaq.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Mühafizə Xidməti məlumat yayıb.
Məhdudiyyətlər 7-9 may tarixləri də daxil olmaqla qüvvədə olacaq.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq 7, 8 və 9 may 2025-ci il tarixlərində ziyarətçilərin Kremlə girişinə icazə verilməyəcək", - məlumatda bildirilib.
Həmçinin qeyd olunan günlərdə Aleksandr bağı ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər.
Şəhərin mərkəzində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Son xəbərlər
09:50
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə start verir
Komanda09:50
Azərbaycanda 8 ayda istilik və isti su təchizatı xidmətlərinin ümumi dəyəri açıqlanıb
Energetika09:45
Foto
"Azərkosmos" kiçik peyklərin sınağı üçün Termal-Vakuum Kamerası istehsal edib
İKT09:41
DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
Hadisə09:41
Avropa çempionatı: Azərbaycanın daha üç boksçusu yarımfinala vəsiqə qazanıb
Fərdi09:34
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Energetika09:34
Foto
Anar Bağırov LEGIS Mentorluq Proqramının qalibi ilə görüşüb
Daxili siyasət09:24
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Region09:17