Rusiyada hərbi hissədə baş verən yanğının ilkin səbəbi açıqlanıb - VİDEO - YENİLƏNİB

Region
  • 05 avqust, 2019
  • 12:41
Rusiyada hərbi hissədə baş verən yanğının ilkin səbəbi açıqlanıb - VİDEO - YENİLƏNİB

Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində baş verən yanğının ilkin səbəbi ilə bağlı açıqlama yayılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, yanğına səbəb anbardakı mərminin partlamasıdır.

Bildirilib ki, yanğın barıt anbarında baş verib. Yaralananların sayı 4 nəfərə çatıb.


***15:51

Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində partlayış baş verib.

"Report" xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, partlayışdan sonra yanğın olub.

Məlumata görə, partlayış Krasnoyarsk diyarının Açinsk rayonunda hərbi hissənin artilleriya anbarında qeydə alınıb.

Hadisənin səbəbi araşdırılır. Qəza yerinə xilasedicilər və təxliyyə üçün avtobuslar cəlb olunub. 

Hadisə zamanı iki nəfər qəlpə yarası alıb. Onlar Sçinsk rayonlararası xəstəxanaya yerləşdirilib.

Rusiyada hərbi hissədə baş verən yanğının ilkin səbəbi açıqlanıb - VİDEO - YENİLƏNİB