Kostanyan və Haddad Cənubi Qafqazdakı vəziyyəti və regionda sülhün möhkəmləndirilməsini müzakirə ediblər

Region
  • 23 iyul, 2026
  • 18:25
Kostanyan və Haddad Cənubi Qafqazdakı vəziyyəti və regionda sülhün möhkəmləndirilməsini müzakirə ediblər

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Fransanın Avropa işləri üzrə səlahiyyətli naziri Benjamin Haddad Parisdə Cənubi Qafqazdakı vəziyyəti və regionda sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş səyləri müzakirə ediblər.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, tərəflər İrəvan və Paris arasında strateji tərəfdaşlığın inkişafının müsbət dinamikasını qeyd edib, onun dərinləşdirilməsi üzrə birgə addımları nəzərdən keçiriblər.

Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmsöhbətlər həmçinin iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən Ermənistan məhsullarının Avropa bazarına çıxışının genişləndirilməsini müzakirə ediblər.