Koronavirusdan ölən Gürcüstan vətəndaşlarının sayı 5-ə çatdı

Region
  • 31 mart, 2020
  • 09:21
Koronavirusdan ölən Gürcüstan vətəndaşlarının sayı 5-ə çatdı

ABŞ-da koronavirusa yoluxan Gürcüstan vətəndaşı ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

O deyib ki, dünyasını dəyişən 64 yaşlı kişi Nyu-Yorkda yaşayıb.

P.İmnadzenin sözlərinə görə, bu, artıq ölkə xaricində virusdan dünyasını dəyişən 5-ci Gürcüstan vətəndaşıdır.

44 - Tezliklə