Kopırkin: "Tramp marşrutu" Rusiya-Ermənistan dialoqunda ən yüksək səviyyədə müzakirə olunur
- 24 oktyabr, 2025
- 11:11
"Tramp marşrutu" (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) məsələsi Rusiya-Ermənistan dialoqunda ən yüksək səviyyədə müzakirə olunur.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan KİV-ə bildirib.
"Bu məsələ, təbii ki, ən yüksək səviyyədə dialoq çərçivəsində qaldırılır. Hər halda, bu mövzu müzakirəyə çıxarılmaya bilməz. Mən Ermənistan rəhbərliyinin bu məsələnin yalnız ABŞ ilə müzakirə olunması ilə bağlı bəyanatlarını xatırladıram. Lakin bu, vacib mövzudur və əlbəttə, bizdə mövcud olan dialoqda yer almaya bilməz", - o qeyd edib.
Səfir vurğulayıb ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səsləndirdiyi əsas mövqeyi real sülhə, vəziyyətin sabitləşməsinə, regionun inkişafına aparan istənilən addımları dəstəkləməkdən ibarətdir. "Tramp Marşrutu"na gəlincə, Rusiya tərəfi fəaliyyət təfərrüatları və mexanizmləri barədə daha konkret məlumat gözləyir.