Kopırkin: "3+3" formatında görüş bu ilin sonuna qədər İrəvanda və ya Bakıda keçirilə bilər

Region
  • 10 oktyabr, 2025
  • 14:02
Kopırkin: 3+3 formatında görüş bu ilin sonuna qədər İrəvanda və ya Bakıda keçirilə bilər

Rusiya "3+3" regional məşvərət platformasının dördüncü nazirlər görüşünün 2025-ci ilin sonuna qədər keçirilməsini dəstəkləyir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistanda səfiri Sergey Kopırkin Rusiya-Ermənistan Universitetinin tələbələri ilə görüşdə bəyan edib.

"Hazırda biz Ermənistan və Azərbaycan arasında əlaqə saxlayırıq, çünki orada növbəlilik məsələsi var. Yəni həm Ermənistan, həm də Azərbaycan tərəfi belə bir iclasa ev sahibliyi etməyə hazırdır, onlar növbəlilik qaydasını razılaşdırmalıdır, biz də bu istiqamətdə hər cür köməklik edirik", - o bildirib.

Səfirin sözlərinə görə, bu platformanın Türkiyə və İran tərəfi ilə əlaqə saxlayan bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı formatdır və regional problemlərin həllində region dövlətlərinin özləri mühüm rol oynamalıdır.

"Bu, bizim prinsipal mövqeyimizdir. Əlbəttə ki, üçüncü ölkələrin iştirakı dəyərli ola bilər, lakin bu iştirak reallıqların və regional oyunçuların maraqlarının başa düşülməsi üzərində qurulmalıdır", - diplomat vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti