Kobaxidze: İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa yeni təkan verəcək
Region
- 21 oktyabr, 2025
- 21:49

Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə işgüzar səfərdə olan erməni həmkarı Nikol Paşinyanla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regional məsələləri, xüsusilə Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmalarını müzakirə ediblər.
"İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa və sabitliyə yeni təkan verəcək", - Kobaxidze qeyd edib.
Görüş zamanı Paşinyan regional kommunikasiyaların, xüsusən də Tramp marşrutunun (TRIPP) reallaşmasına yönəlmiş layihələrin həyata keçirilməsinin təfərrüatlarını açıqlayıb.
Tərəflər iki ölkə arasında ticarət-iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Son xəbərlər
06:08
Tramp: Hindistan Rusiyadan neft alışını azaltmağa davam edəcək
Digər ölkələr05:55
Ekvador sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:12
Qızıl və kriptovalyutaların qiyməti ucuzlaşıb
Maliyyə04:41
Britaniya "Həyat Təhrir əş-Şam"ı terror təşkilatları siyahısından çıxarıb
Digər ölkələr04:14
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Digər ölkələr03:42
"Könüllülər Koalisiyası" Londonda 12 maddəlik planı müzakirə etməyi planlaşdırır
Digər ölkələr03:20
KİV: Üç böyük şirkət "SpaceX"ə qarşı birləşə bilər
İKT02:54
İzmir sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb
Region02:18