Zelenski: Rusiya Ukraynaya 18 raket və 430 dron atıb, dörd nəfər ölüb - YENİLƏNİB

Region
  • 14 noyabr, 2025
  • 11:44
Zelenski: Rusiya Ukraynaya 18 raket və 430 dron atıb, dörd nəfər ölüb - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələri gecə ərzində Ukrayna ərazisinə təxminən 430 dron və 18 raket, o cümlədən ballistik və aeroballistik raketlər atıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında bildirib.

"Artıq onlarla yaralının olduğu məlumdur, onların arasında uşaqlar və hamilə qadın var. Təəssüf ki, dörd nəfər həlak olub", - V.Zelenski deyib.

Kiyevin noyabrın 14-nə keçən gecə kütləvi atəşə tutulmasından sonra üç nəfər ölüb.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu paytaxtın meri Vitali Kliçko bildirib.

"İlkin məlumata görə, paytaxtda üç nəfər ölüb. Məlumatı dəqiqləşdiririk, çünki xilasedicilər meyitləri hələ çıxara bilmirlər", - V.Kliçko bildirib.

Ümumilikdə şəhərin 26 sakini xəsarət alıb, onlardan ikisi 7-10 yaşlı uşaqdır. Doqquz nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə yerində və ya ambulator yardım göstərilib.

Son xəbərlər

Bütün Xəbər Lenti