KİV: İranda yoxsulluq və bərabərsizlik dərinləşir

Region
  • 21 dekabr, 2025
  • 00:42
KİV: İranda yoxsulluq və bərabərsizlik dərinləşir

Beynəlxalq sanksiyaların sərtləşdiyi şəraitdə İranda yoxsulluq və bərabərsizlik dərinləşir.

"Report" xəbər verir ki, bu barədə "Donya-ye-Eghtesad" qəzetinin son hesabatında məlumat verilib.

Hesabatda ABŞ Maliyyə Nazirliyinin 18 dekabrda 29 neft tankeri və onları idarə edən şirkətlərə qarşı sanksiyalar tətbiq etmək qərarına da toxunulub. Bu addım İranın sanksiyalardan yayınmaq, neft və neft-kimya məhsullarını ixrac etmək üçün istifadə olunan "kölgə donanması"na qarşı yönəlib.

Bu tədbirlər İranın valyuta gəlirlərini kəskin şəkildə azaldacaq və artıq inflyasiya, valyuta devalvasiyası və alıcılıq qabiliyyətinin azalması ilə mübarizə aparan iqtisadiyyata təzyiqi artıracaq.

"İrandakı qiymət artımı yoxsulluqdan xəbər verir. Sərbəst bazarda xarici valyuta və qızılın qiymətlərinin kəskin artması yoxsulluğun yayılmasını əks etdirir və bu artımdan yaranan inflyasiya növbəti aylarda İranın ev təsərrüfatlarına əlavə yük yaradacaq. Təkcə son bir il ərzində İranda ərzaq məhsullarının orta qiyməti 66 faizdən çox artıb", - hesabatda qeyd olunub.

Bildirilib ki, inflyasiya təzyiqi BMT sanksiyalarının bərpasından və İran rəsmilərinin ölkənin nüvə proqramının davam etdirilməsində israr etməsi ilə bağlı təkrarlanan bəyanatlarından sonra güclənib.

Son xəbərlər

Bütün Xəbər Lenti