KİV: Ermənistanın yeni səhiyyə naziri öz adamlarını müşavir təyin edir

Region
  • 11 sentyabr, 2018
  • 10:10
KİV: Ermənistanın yeni səhiyyə naziri öz adamlarını müşavir təyin edir

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ermənistanın səhiyyə naziri Arsen Torosyan qohumlarını və yaxın adamlarını özünə müşavir təyin edir.

“Report” xəbər verir ki, bu məlumatı “Joxovurd” yayıb.

“Sentyabrın 9-da o bildirib ki, bundan sonra Səhiyyə Nazirliyi Baş Mütəxəssislər İnstitutuna təyinatlar etməyəcək. Nazir bunu keçmiş sovet dövründən qalma ənənə adlandırıb. Arsen Torosyan vurğulayıb ki, həkim-mütəxəssislərin təsnifatı nazirin əmri əsasında deyil, əksinə, onun təhsili, iş təcrübəsi və başqa xüsusiyyətlərinə görə müəyyən ediləcək.

Ancaq bu çıxışı ilə nazir özü-özünü təkzib edir. Nazir həkimlər “institutunu” qəbul etmir. Arsen Torosyan “baş mütəxəssis” terminini “müşavir”lə əvəz edərək, yeni təyinatlar barədə əmr verir".

Qeyd edək ki, onun qərarları peşəkar dairələrdə müzakirə olunmayıb. Nazir heç bir xəbərdarlıq etmədən bir gecədə 40-dan çox tanınmış həkimi tutduğu vəzifədən azad edib. Erməni saytı yazır ki, nazir həmin vəzifələrə yaxınlarını təyin edib.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan bu il mayın 12-də Arsen Torosyanı səhiyyə naziri təyin edib.