KİV: Erməni oliqarx qardaşı oğlunu Yerevanın meri etmək istəyir

Region
  • 09 mart, 2018
  • 07:56
KİV: Erməni oliqarx qardaşı oğlunu Yerevanın meri etmək istəyir
Sputnik

Bakı. 9 mart. REPORT.AZ/ Ermənistanlı oliqarx Samvel Aleksanyan qardaşı oğlunu - Malatiya-Sebastiya inzibati rayonunun gənc başçısı Artak Aleksanyanı Yerevan şəhərinin meri etmək istəyir.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, "Qraparak" qəzeti A.Aleksanyanın əvvəlcə mer köməkçisi olacağını, sonra isə seçkilərdə mer seçiləcəyini yazıb.

"Artak Aleksanyanın mer olana qədər merin köməkçisi olacağı, bu postda elə Samvel Aleksanyanın "kadr"ı olan David Ohanyanı əvəzləyəcəyi planlaşdırılır", - nəşr yazıb.

Oliqarxın ideyasına görə, D.Ohanyan öz növbəsində nazirliklərin birində nazir müavini və ya paytaxtın Şenqavit rayonunun başçısı vəzifəsini tutacaq.