​KİV: Ankarada terror aktı törədənlərin kimliyi müəyyənləşib

Region
  • 14 oktyabr, 2015
  • 09:19
​KİV: Ankarada terror aktı törədənlərin kimliyi müəyyənləşib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada terror aktı törədən hər iki terrorçu kamikadzenin kimlikləri müəyyənləşib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror aktını Yunus Emre Alagöz və Ömər Dəniz Dündar törədib. 

Xəbərdə bildirilib ki, hər iki terrorçu ayrı-ayrı avtomobillərdə Türkiyənin Qaziantəp bölgəsindən Ankaraya gəliblər.

Partlayıcıları adı və soyadı tam açıqlanmayan Y.Ş.-nın hazırladığı müəyyən edilib. Hüquq-mühafizə orqanları terrorçuları Ankaraya gətirən avtomobillərin sahiblərini və Y.Ş.-nı Qaziantəpdə həbs edib.  

Terrorçuların şəxsiyyətləri dəmiryol vağzalında qoyulan kameraların vasitəsi ilə təsbit edilib. DNT analizindən sonra onların kimliyi müəyyənləşdirilib.

Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryol stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 97 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.

44 - Tezliklə