Kerri: "İrana qarşı sanksiyaların uzadılması qərarı təxirə salınmalıdır"

Region
  • 24 fevral, 2016
  • 21:24
Kerri: İrana qarşı sanksiyaların uzadılması qərarı təxirə salınmalıdır

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ Konqresi İrana qarşı sanksiya tətbiqininin uzadılmasını nəzərdə tutan qanunu təxirə salmalıdır. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

"Məncə, bu məsələdə tələsmək lazım deyil. Nüvə proqramı üzrə danışıqlarda razılaşdırılan Birgə Fəaliyyət Planının tətbiqinə diqqət yetirilməlidir", - deyə Kerri Senatta çıxışı zamanı bildirib.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları 2006-cı ildən tətbiq edir və bu qərarın müddəti bu ilin sonundan bitir.

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında MAQATE çərçivəsində İran və nüvə proqramı üzrə danışıqların altı iştirakçı ölkəsi - Almaniya, Çin, Rusiya, ABŞ, Böyük Britaniya və Fransa ilə razılaşdırılan Birgə Fəaliyyət planı qəbul edilib. Həmin plan İran nüvə proqramının sülh məqsədini təmin edəcək qarşılıqlı razılaşdırılmış uzunmüddətli ümumi qərarın əldə olunmasına yönəlib.

44 - Tezliklə