Kərkükdəki rəsmi binaların üzərindən kürd muxtariyyətinin rəmzi endirilib
- 11 aprel, 2017
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 aprel. REPORT.AZ/ Kərkük şəhərində rəsmi binanın üzərindən İraqın şimalındakı kürd muxtariyyətinin bayraq rəmzi endirilib.
“Report” xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.
Qeyd edək ki, martın 28-də Kərkükdə yerli rəsmi qurumların binaları üzərində İraqın dövlət bayrağı ilə yanaşı, muxtariyyətin rəmzi də asılmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onların hərəkətinə belə münasibət bildirmişdi: “Kərkükdə ikinci bayrağın sahibləri separatçılıq edirlər. Bu yanlış yoldan əl çəkin. O bayraqları tez endirin, yoxsa əvəzi ağır olacaq”.
Xatırladaq ki, Kərkük türkmənlərin dədə-baba yurdudur. Ancaq son yüz ildə oradakı karbohidrogen ehtiyatı bölgəyə başqa etnik qrupların, o cümlədən kürdlərində köçməsinə səbəb olub. Bu yolla bölgədə etnik tərkib dəyişdirilib. Bəziləri tarixi saxtalaşdıraraq Kərkükü başqa etnik qrupların ərazisi sayır.