Kərkükdə Osmanlı dövrünə aid tarixi bazarda yanğın olub

Region
  • 27 noyabr, 2018
  • 07:24
Kərkükdə Osmanlı dövrünə aid tarixi bazarda yanğın olub

Bakı. 27 noyabr. REPORT.AZ/ İraqın türkmənlər yaşayan Kərkük şəhərində Osmanlı dövründə tikilmiş tarixi bazarda yanğın olub.

“Report” Türkiyənin “NTV” televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində bazardakı 400-dən çox iş yerinə ziyan dəyib.

Yanğının səbəbi hələlik məlum deyil. 

44 - Tezliklə