​Keçmiş SSRİ-nin tanınmış siyasi şərhçisi vəfat edib

Region
  • 27 aprel, 2016
  • 10:55
​Keçmiş SSRİ-nin tanınmış siyasi şərhçisi vəfat edib

Bakı. 27 aprel. REPORT.AZ/ Keçmiş SSRİ-nin tanınmış siyasi icmalçısı Valentin Zorin 91 yaşında Moskvada vəfat edib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Qeyd edək ki, Valentin Zorin 1925-ci il fevralın 9-da Moskvada anadan olub. ABŞ prezidenti Con Kennedi, Fransa prezidenti Şarl de-Qol, Hindistanın lideri İndira Qandi, Britaniyanın baş naziri Marqaret Tetçer, habelə ABŞ prezidentləri - Eyzenhauer, Nikson, Ford, Karter, Reyqan, kiçik və böyük Buşlar, Klintondan müsahibə götürüb. 

44 - Tezliklə