Kazanda atışma törədən şəxs həbs olundu
Region
- 12 may, 2021
- 15:53
Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində orta məktəbdə atışma törədən şəxs həbs edilib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, Kazan Məhkəməsi məktəbə hücumda təqsirləndirilən İlnaz Qalyaviyevin 2 ay müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. Müttəhim məhkəmə prosesində təqsirini tamamilə etiraf edib.
“Ona qarşı ittiham irəli sürülüb, cinayəti törətməkdə təqsirini tamamilə etiraf edib”, - deyə prokuror bildirib.
Xatırladaq ki, hadisə ötən gün baş verib. Son məlumata görə, hücum zamanı 11 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Cinayətkarı azadlıqdan ömürlük məhrumetmə cəzası gözləyir.
Son xəbərlər
02:07
"Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb
Digər ölkələr01:49
Foto
Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb
Fərdi01:34
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
Digər ölkələr01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00