Kavelaşvili: Azərbaycan və Türkiyə Gürcüstanın regional rolunu yüksək qiymətləndirir

Region
  • 24 iyul, 2026
  • 02:20
Kavelaşvili: Azərbaycan və Türkiyə Gürcüstanın regional rolunu yüksək qiymətləndirir

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri, eləcə də Çin Gürcüstanın regiondakı rolunu yüksək qiymətləndirir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə "Imedi LIVE" verilişində danışıb.

"Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri bizim rolumuzdan danışır. Bu, bəziləri üçün təəccüblü görünə bilər, amma Çin də bundan bəhs edir. Sizinlə bərabərhüquqlu dövlət kimi danışanda, bu o deməkdir ki, siz ləyaqətli ölkəni təmsil edirsiniz. Bizə göstərilən bu münasibət nümunəvi yanaşmadır", - Gürcüstan Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür və bu, beynəlxalq tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir.