İzmirdə meşə yanır, 5 təyyarə, 7 helikopter cəlb olunub

Region
  • 20 iyun, 2025
  • 16:05
İzmirdə meşə yanır, 5 təyyarə, 7 helikopter cəlb olunub

Türkiyənin İzmir vilayətinin Kınık rayonunda meşə yanır.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsi üçün əraziyə 5 təyyarə, 7 helikopter, 28 yanğınsöndürən maşın və digər lazımi texnikalar cəlb olunub.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.