İstanbulun Fatih məscidində bıçaqlı insident olub
Region
- 08 yanvar, 2024
- 21:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbulun Fatih məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb.
"Report" xəbər verir ki, hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.
Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19.15 radələrində naməlum şəxs İstanbuldakı Fatih məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və vətəndaş xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər iki nəfərin həyati təhlükəsi yoxdur.
Son xəbərlər
04:47
İspaniya millisi məğlubiyyətsizlik seriyası üzrə dünya rekordunu yeniləyib
Futbol04:15
"Bloomberg": Tramp Cənubi Koreyanın ABŞ-yə 200 milyard dollarlıq yatırım planlarını elan edəcək
Digər ölkələr03:42
Rumıniya parlamenti yeni hökumətin proqramı və tərkibini nəzərdən keçirəcək
Digər ölkələr03:05
Tramp İran gələcəkdə təslim yolunu seçəcəyini bildirib
Digər ölkələr02:38
Xəzər dənizində zəlzələ baş verib
Hadisə02:17
Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyalarında 440 nəfər saxlanılıb
Digər ölkələr01:52
ABŞ-də süni intellektin tənzimlənməsi üzrə komitə yaradıla bilər
Digər ölkələr01:25
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb
Digər ölkələr01:04