İstanbulda əməliyyat: 366 kq narkotik ələ keçirilib, həbs olunanlar var
Region
- 25 sentyabr, 2025
- 13:57
Türkiyənin İstanbul vilayətində narkotacirlərə qarşı əməliyyat keçirilib.
"Report"un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, əməliyyat nəticəsində 366,5 kiloqram narkotik maddə ələ keçirilib. Onun 322 kiloqramı metamfetamin, 44,5 kiloqramı skunkdur. Bundan başqa, 1 milyon 572 min ədəd narkotik tərkibli həb və 492 kiloqram kimyəvi qatqı maddəsi ələ keçirilib.
Əməliyyat zamanı saxlanılan 9 şübhəlidən 6-sı həbs olunub, digər şübhəlilərlə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, İstanbul Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri Güngören, Şişli, Beylikdüzü və Bayrampaşa rayonlarını əhatə edib.
Son xəbərlər
05:29
Kolumbiya prezidenti ABŞ-nin sanksiyalarını paradoks adlandırıb
Digər ölkələr05:05
Maduro: Venesuela Cənubi Amerika xalqları ilə birlikdə müharibənin qarşısını alacaq
Digər ölkələr04:42
Pentaqon ianə hesabına hərbçilərin maaşını verir
Digər ölkələr04:15
Litva Belarusla sərhədini yenidən bağlayıb
Digər ölkələr03:54
Husilər Sənada BMT-nin yeddi əməkdaşını saxlayıblar
Digər ölkələr03:09
Dünya çempionatında uğurla çıxış edən gənc güləşçilərimiz yeni hədəflərini açıqlayıblar
Komanda02:46
Daimi nümayəndə: BMT ABŞ-nin dünya təşkilatına ayırdığı vəsaiti düzgün xərcləmir
Digər ölkələr02:07
Foto
Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar
Komanda01:36