İstanbulda biznes obyektinə silahlı hücum olub, yaralananlar var
Region
- 27 yanvar, 2025
- 22:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbulun Avcılar rayonunda biznes obyektinə silahlı hücum nəticəsində üç nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Bildirilib ki, hadisə daxildə müştərilər olarkən baş verib. Şahidlərin sözlərinə görə, şübhəlilər avtomobillə əraziyə gəliblər.
Atəş səslərini eşidən vətəndaşlar dərhal polisə məlumat veriblər və hadisə yerinə çoxsaylı polis və tibbi briqadalar göndərilib. Polis vəziyyəti nəzarətə götürüb və yaralılar yerində ilk yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Mağazanın cəmi on gün öncə açıldığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:06
ING: Azərbaycanın dövlət borcu 2026-cı ildə ÜDM-in 21 %-dən az olacaq
Maliyyə
16:04
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
Elm və təhsil
16:02
Foto
"Yaşıl Enerji Dəhlizi" üçün texnoloji həllər və təchizat imkanları təqdim edilib
Energetika
15:55
Foto
Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib – Yenilənib
Energetika
15:53
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq
Elm və təhsil
15:53
Foto
Video
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Ekologiya
15:53
ING: AMB-nin valyuta ehtiyatları bu il 18,6 milyard dollara çatacaq
Maliyyə
15:52
ING: Qeyri-neft-qaz sektoru yaxın 3 ildə Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olacaq
Maliyyə
15:49
ING: Bu il Azərbaycanın xarici ticarət profisiti 12 milyard dollara yaxın olacaq
Maliyyə