İstanbulda ağır yol qəzasında 10 nəfər yaralanıb
Region
- 14 oktyabr, 2024
- 01:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbulun Başakşehir rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində on nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Telekanalın məlumatına görə, taksinin digər minik avtomobili ilə toqquşması nəticəsində yaralanmış on nəfərdən üçü sıxılaraq avtomobildə qalıb. Onları xüsusi texnika ilə çıxarmaq mümkün olub.
Qəza səbəbindən prospekt müvəqqəti olaraq bağlanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinə dair məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən ay Türkiyədə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər yaralanmışdı.
Son xəbərlər
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr
01:19
DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır
Region
00:58
Çempionlar Liqası: "Barselona" səfərdə, "Arsenal" ev oyununda qalib gəlib
Futbol
00:40
Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb
Region
00:11
Kiyev ardıcıl iki gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
Digər ölkələr
23:55
Türkiyədə 80 nəfər qidadan zəhərlənib
Region
23:37
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Digər ölkələr
23:23
UKMTO: Hörmüz boğazında tanker hücuma məruz qalıb – YENİLƏNİB
Region