İsrail İrana havadan zərbə endirib, Tehranda partlayışların olduğu bildirilir
Region
- 13 iyun, 2025
- 04:12
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.
“Fars” agentliyi isə bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib.
Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.
Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.
Son xəbərlər
11:11
ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar
Digər ölkələr11:09
Azərbaycan Premyer Liqasının III turu antirekordla əlamətdar olub
Futbol11:09
"E-müqavilə" altsistemində "Təhvil-təslim aktının yaradılması" funksiyası istifadəyə verilib
Maliyyə11:07
Müctəba Xamənei 2577 məhkumun əfvi barədə tapşırıq verib
Region11:07
Sabunçuda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə11:04
Bu il 89 uşaq övladlığa verilib
Sosial müdafiə11:00
Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib
İnfrastruktur11:00
Kürdəmirdə evdən 7 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Hadisə11:00