İsmayıl Dəmir: "Türkiyə "Patriot" sisteminin əldə edilməsi prosesini dayandırıb"
- 14 mart, 2022
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"Türkiyə ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksini əldə etmək imkanlarını nəzərdən keçirməyi dayandırıb".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi idarəsinin başçısı İsmayı Dəmir bildirib.
“Hazırda “Patriot” zenit-raket kompleksi üzrə məsələ müzakirə olunmur. Bu səhifə müdafiə sənayesi kompleksimizin baxışından bizim üçün bağlanıb”, - deyə o qeyd edib.
İsmayıl Dəmir vurğulayıb ki, “S-400” kompleksi ilə bağlı müqavilənin icrasında Ankara ilə Moskva arasında heç bir problem yoxdur.
Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında bu istiqamətdə müqavilə imzalanıb. Rəsmi Ankaranın bu addımına ABŞ və NATO üzvü olan bəzi dövlətlər tərəfindən kəskin reaksiya verilib. 2020-ci ilin dekabrında isə ABŞ Türkiyəyə sanksiya tətbiq edib.