İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB

Region
  • 08 fevral, 2023
  • 16:35
İskəndərun limanındakı yanğın söndürülüb - YENİLƏNİB

Türkiyənin İskəndərun limanında baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə İstanbul meri Əkrəm İmamoğlu tviterdə yazıb.

Yanğın zonasının soyudulması istiqamətində işlər davam edir.

12:38

Türkiyənin İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazidə vaxtaşırı partlayış səsləri eşidilir.

Yanğının söndürülməsinə Türkiyə Milli Müdafiə Nazirliyinin bölmələri cəlb edilib.

Xatırladaq ki, fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyənin İskəndərun limanında güclü yanğın baş verib. Alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılıb. Zəlzələ nəticəsində infrastrukturu zədələndiyindən hazırda limanın fəaliyyəti dayandırılıb.

44 - Tezliklə