İsa Həbibbəyli: Azərbaycan və Mərkəzi Asiya ölkələrini çoxəsrlik ənənələr və mədəni oxşarlıq birləşdirir
- 13 noyabr, 2025
- 12:56
Mərkəzi Asiya elmi tərəqqi və açıq ideyalar regionuna çevrilib.
"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Elmlər Akademiyasının prezidenti Şavkat Ayupov "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin plenar iclasında bildirib.
Onun sözlərinə görə, buna siyasi liderlərin iradəsi sayəsində nail olunub.
Öz növbəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli də qeyd edib ki, Azərbaycanı və Mərkəzi Asiyanı çoxəsrlik ənənələr və mədəni oxşarlıqlar birləşdirir.
"Azərbaycan və Mərkəzi Asiya regionlar arasında Nizami Gəncəvi və Əlişir Nəvai kimi görkəmli tarixi və mədəni şəxsiyyətlər sayəsində möhkəm körpü qurublar", - o qeyd edib.
İ.Həbibəyli, həmçinin vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri etimad və əməkdaşlığa əsaslanan münasibətlər qurublar.
Qırğızıstan Milli Elmlər Akademiyasının rəhbəri Kanatbek Abdrahmatov öz çıxışında qeyd edib ki, Mərkəzi Asiya - müxtəlif mədəni və dini ənənələrin qovuşduğu sivilizasiya kəsişməsidir: "Yadda saxlamalıyıq ki, bizim mənəvi inkişafımız təkcə qürur deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətdir".
K.Abdrahmatov vurğulayıb ki, alimlər arasında təcrübə mübadiləsi əməkdaşlıq və kooperasiyaya yönəlmiş yeni ideyalar və təşəbbüslər üçün təməl olacaq.
Tacikistan Milli Elmlər Akademiyasının vitse-prezidenti Muhammaddovud Salomiyon qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin xalqları ümumi elmi, mədəni, eləcə də mənəvi dəyərlərə və əsərlərə malikdirlər:
"Bu da ümumi gələcək qurmaq üçün yaxşı əsas ola bilər. Minilliklər boyu sahib olduğumuz birliyə qayıtmalıyıq".