IRIB: Əraqçi Hörmüz boğazının hansı şərtlərlə açılacağı barədə Uitkoffu məlumatlandırıb

Region
  • 22 sentyabr, 2026
  • 23:46
IRIB: Əraqçi Hörmüz boğazının hansı şərtlərlə açılacağı barədə Uitkoffu məlumatlandırıb

ABŞ nümayəndəsinin israrı ilə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə Ağ Ev rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında arasında görüş keçirilib.

"Report" IRIB-yə istiandən xəbər verir ki, görüşdə Hörmüz boğazının yenidən açılması müzakirə olunub.

"Uitkoffun bu görüşlə bağlı müraciətinin qəbul edilməsinə səbəb Hörmüz boğazının yenidən açılması üçün İranın şərtlərinin çatdırılması olub", - məlumatda vurğulanıb.

Bildirilib ki, bu görüşdə İranın qəti mövqeləri ABŞ nümayəndəsinə çatdırılıb:

"Dəniz mühasirəsinin dərhal ləğv edilməsi, İranın bloklanmış bütün aktivlərinin dərhal ödənilməsi və bütün müqavimət cəbhələrində müharibənin sona çatması İranın Hörmüz boğazının yenidən açılması üçün şərtləri sırasındadır".

Xatırladaq ki, Tramp Nyu-Yorkda ABŞ və İran rəsmilərinin görüşdüyünü, müzakirələrin üç saat davam etdiyini bildirib.