Paşinyan: Bəzi qüvvələrin kilsədən dövlətə qarşı istifadə cəhdlərinə imkan verməyəcəyik - YENİLƏNİB

Region
  • 06 yanvar, 2026
  • 15:33
Paşinyan: Bəzi qüvvələrin kilsədən dövlətə qarşı istifadə cəhdlərinə imkan verməyəcəyik - YENİLƏNİB

Bəzi qüvvələr Erməni Apostol Kilsəsini (EAK) dövlətə qarşı addımlar üçün alət kimi istifadə etməyə çalışırlar.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "xaç yürüşü"nün başa çatmasından sonra çıxışında bildirib.

"Ermənistanın xalq tərəfindən seçilmiş Baş naziri olaraq bəyan edirəm ki, biz buna icazə verməyəcəyik", - o qeyd edib.

N.Paşinyan həmçinin qeyd edib ki, daha əvvəl 10 yepiskopla birlikdə EAK-da islahatların başlanması ilə bağlı bəyanat imzalanıb: "Bu mətndə aydın şəkildə qeyd olunub ki, hər birimiz öz günahımızı və məsuliyyətimizi qəbul edirik".

Baş nazir onu da bildirib ki, bütün ermənilərin legitim katolikosu olmalıdır.

Paşinyan din xadimlərini ibadət zamanı II Qareqinin adını çəkməməyə çağırıb.

Ermənistan paytaxtında Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə yürüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Hökumət başçısının "xaç yürüşü" adlandırdığı aksiya Müqəddəs Qriqori Lusavoriç (Müqəddəs Maarifçi Qriqori) baş kilsəsində ölkə rəhbərliyinin iştirak etdiyi Milad liturgiyasından sonra başlayıb.

Yürüş iştirakçıları Müqəddəs Anna kilsəsinə doğru irəlləyirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti