İrəvan Qazaxıstan-Türkmənistan-İran-Ermənistan nəqliyyat marşrutunun yaradılmasını dəstəkləyib
- 19 sentyabr, 2025
- 15:35

Ermənistan Qazaxıstan-Türkmənistan-İran-Ermənistan istiqamətində multimodal yük daşımaları üçün nəqliyyat marşrutunun yaradılması layihəsini dəstəkləyir.
"Report"un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə baş nazirin müavini Mqer Qriqoryan Ermənistan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın videokonfrans formatında keçirilən 11-ci iclasında bildirib.
Onun sözlərinə görə, paralel olaraq artıq Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu üzrə daşımalar həyata keçirilir.
M.Qriqoryan vurğulayıb ki, regionlararası nəqliyyat və logistika infrastrukturunun inkişafı, xüsusilə regional infrastrukturun açılması üzrə infrastruktur layihəsinin həyata keçirilməsi kontekstində Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir.