İranın XİN başçısı danışıqlar barədə: Top ABŞ-dədir
Region
- 07 dekabr, 2025
- 00:16
Əgər ABŞ mövqeyini dəyişsə, İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın "Kyodo" agentliyinə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Tehranın nüvə proqramı ilə bağlı danışıqların nəticə verməsi ABŞ-dən asılıdır:
"Danışıqlar prosesi ABŞ-nin yanaşmasından asılıdır. Əgər Vaşinqton kursunu dəyişsə, İran da hər iki tərəf üçün ədalətli və balanslı nəticəyə nail olmağa hazır olacaq".
İran XİN rəhbəri həmçinin ölkəsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmasına dair mövqeyini açıqlayıb:
"İran müqaviləyə sadiqdir və Yaponiya kimi nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə etmək hüququna malikdir".
Son xəbərlər
17:40
Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub
Region17:40
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 68 % artıb
İKT17:36
"Milan" Dieqo Moreyranı transfer edəcək
Futbol17:34
SEPAH Trampın gizli danışıqlarla bağlı bəyanatlarını təkzib edib
Digər ölkələr17:31
Xocəsəndə su xəttində baş verən qəza aradan qaldırılıb
İnfrastruktur17:29
Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib
İnfrastruktur17:27
Mourinyo Martin Subimendinin "Real"a keçidinə müsbət yanaşır
Futbol17:26
Lekornyu: Hökumət yanğından zərər çəkmiş iki departamentə 12 milyon avro ayıracaq
Digər ölkələr17:17
Foto