İranın Qaradağ mahalında üç gündür meşə yanır
Region
- 25 noyabr, 2025
- 10:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın Şərqi Azərbaycan Əyalətinin Qaradağ mahalında (farslaşdıraraq Arasbaran deyirlər) Dismar meşəsi üç gündür yanır.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Fərşi bildirib.
Onun sözlərinə görə, əyalətin Ətraf Mühitin Mühafizəsi İdarəsindən yeddi qrup, həmçinin yerli sakinlər, İnqilab Keşikçiləri Qvardiyası (Sepah), Qızıl Aypara Cəmiyyətinin xilasediciləri, Xudafərin və Culfa şəhərlərinin hakimiyyət nümayəndələri hadisə yerində olublar.
Bildirilib ki, yanğın nəticəsində yüz hektar meşə örtüyü yanıb.
Yerli sakinlər hakimiyyətin yanğına gec müdaxilə etdiyini vurğulayıblar. Yanğın hələ söndürülməyib.
Son xəbərlər
09:10
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
İKT
09:07
Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb
Futbol
09:03
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Futbol
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.10.2026)
Maliyyə
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.10.2026)
Maliyyə
08:57
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb
Digər ölkələr
08:33
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:23
ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib
Digər ölkələr
08:11
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur