İranda ölən və yaralananların sayı artıb
- 23 iyul, 2026
- 23:25
ABŞ-nin hava hücumları nəticəsində İranda ölən və yaralananların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində bildirib.
"ABŞ-nin aviazərbələri başlayandan bəri 629 nəfər yaralanıb, 55 nəfər həlak olub", - o bildirib və əlavə edib ki, yaralılar arasında 46 qadın, 24 uşaq və yeniyetmə var.
Həlak olanlardan isə 6-sı qadın və üçü uşaq, yeniyetmədir: "İndiyədək 52 əməliyyat keçirilib, 36 nəfər hələ də xəstəxanadadır".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazına aid hissədə əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
از آغاز حملات هوایی آمریکا از ۶ تیرماه تا ساعت ۹ صبح اول مرداد، ۶۲۹ نفر مصدوم و ۵۵ نفر شهید شدهاند. بین مصدومان ۴۶ زن و ۲۴ کودک و نوجوان زیر ۱۸ سال و در میان شهدا ۶ زن و ۳ کودک و نوجوان زیر ۱۸ سال دیده میشوند. تاکنون ۵۲ عمل جراحی انجام و ۳۶ نفر همچنان بستریاند.#وزارت_بهداشت
— حسین کرمانپور Hossein.Kermanpour (@HKermanpour) July 23, 2026