İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

Region
  • 06 fevral, 2022
  • 01:45
İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

“Rəsmi Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa Əl-Kazimi ilə telefon danışığı zamanı deyib.

Onun sözlərinə görə, regionun bütün problemləri həll oluna bilər:

“İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir. Əgər səudiyyəlilər bunu qarşılıqlı anlaşma və hörmət mühitində etməyə hazır olsalar”.

Qeyd edək ki, 2021-ci il ərzində Tehran və Ər-Riyad Bağdadda dörd görüş keçirərək münasibətlərin normallaşdırılması imkanları ilə bağlı danışıqlar aparıblar.