Hörmüz boğazında gəmi PUA ilə vurulub - YENİLƏNİB

Region
  • 06 mart, 2026
  • 20:13
Hörmüz boğazında gəmi PUA ilə vurulub - YENİLƏNİB

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında gəmiyə mərmilərin düşdüyünü təsdiqləyib.

Bu barədə "Report" "Sky News"a istinadən xəbər verir.

Məlumata görə, hadisə Oman sahillərindən təxminən yeddi mil aralıda baş verib.

Gəminin hansı ölkəyə məxsus olduğu və xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

"Gəmilərə tranzit zamanı ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - mərkəzdən əlavə edilib.

İranın dövlət televiziyası Hörmüz boğazında dron zərbəsindən sonra gəmidə yanğının baş verdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Hadisənin digər təfərrüatları, o cümlədən mümkün zərərçəkənlər barədə hələlik məlumat verilmir.

44 - Tezliklə