İran hökumətinin sözçüsü: Qiymətlərin sabitləşdirilməsi səhv siyasət idi
Region
- 08 dekabr, 2025
- 17:53
İranda qiymətlərin sabitləşdirilməsi siyasəti səhv idi və bu, büdcə kəsrini, inflyasiyanı dərinləşdirib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani Kirman şəhərində Şəhid Bahünər adına Beynəlxalq Universitetdə Tələbə günü münasibətilə keçirilən mərasimdəki çıxışında bildirib.
Onun sözlərinə görə, yanacaq kimi məhsulların qiymətlərini sabit saxlamaq səhv idi:
"Elə zənn edilirdi ki, bu, əhalinin güzəranına kömək edəcək. Ancaq əslində bu, büdcə kəsrini dərinləşdirdi və inflyasiyanı artırdı".
Fatimə Mühacirani su böhranını ölkənin ciddi problemlərindən biri adlandıraraq deyib:
"Su resurslarının düzgün idarə edilməməsi gələcəkdə təhlükəsizlik problemləri yarada bilər".
Son xəbərlər
19:20
Naxçıvanda 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə xəstəxanaya daxil olub - YENİLƏNİB
Sağlamlıq19:09
Məşhur britaniyalı yazıçı vəfat edib
Digər ölkələr19:05
Foto
Heydər Əliyevin anım günü Təbrizdə qeyd olunub
Daxili siyasət19:02
İsveçrə ABŞ-dən F-35 qırıcılarının sifarişini azaldacaq
Digər ölkələr18:52
Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi həbs olunub
Region18:40
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub
Daxili siyasət18:34
Foto
ADY kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
İnfrastruktur18:18
Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək
Region18:03
Video