İran ABŞ-nin Küveytdəki bazalarına dron hücumu təşkil edib

Region
  • 21 iyul, 2026
  • 08:14
İran ABŞ-nin Küveytdəki bazalarına dron hücumu təşkil edib

İran ordusu ABŞ-nin Küveytdəki üç mühüm bazasına dron hücumu təşkil edib.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin "anlaşmanı dəfələrlə pozmasla cavab olaraq" bu ölkənin Küveytdəki "Arifcan" bazası, Əl-Udeyd düşərgəsindəki helikopterlərin parklanma yerini və Küveytin "Əhməd Əl-Cabir" bazasındakı binanı dronlarla hədəf alıb.

Məlumatda edilən hücumlar "regionda ABŞ-nin pozduğu təhlükəsizlik və sabitliyi bərpa etməklə" əsaslandırılıb.

Daha əvvəl Bəhreyndə ABŞ-nin hava hücumundan müdafiə (HHM) sisteminin məhv edildiyi açıqlanmışdı.

Öz növbəsində, ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası yerinə yetirib.