II Qareginin qardaşı oğlu həbs edilib - YENİLƏNİB-2

Region
  • 03 noyabr, 2025
  • 20:37
II Qareginin qardaşı oğlu həbs edilib - YENİLƏNİB-2

Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu - Ambartsun Nersisyan 1 ay müddətinə həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Daha əvvəl Ermənistan İstintaq Komitəsi məhkəməyə II Qareginin qardaşı və qardaşı oğlu - 68 yaşlı Gevork Nersisyan ilə onun oğlu Ambartsum Nersisyanın həbsi ilə bağlı vəsatət təqdim edib.

Onlar Vaqarşapatda xuliqanlıq və seçki təbliğat kampaniyasına mane olmaqda ittiham edilərək saxlanılıblar.

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan bir ay müddətinə həbs edilib.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu vəkil Ara Zoqrabyan bildirib.

Hazırda məhkəmə onun oğlu Ambartsum Nersisyanın həbsi ilə bağlı vəsatətə baxır.

Məlumata görə, onların hər ikisi xuliqanlıq və seçkiqabağı təşviqat kampaniyasına mane olmaqda ittiham olunurlar.

Ermənistan İstintaq Komitəsi Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinə bütün ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyanın həbsi ilə bağlı müraciət edib.

"Report" Ermənistan KİV-inə xəbər verir ki, bunu vəkil Ara Zohrabyan sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları cinayət təqibi haqqında qərarı yalnız bir nəfərin ifadəsi əsasında qəbul edib: "Nersisyanların özlərinin ifadələri və təqdim olunmuş videomateriallar nəzərə alınmayıb. Ancaq bunlar iş üçün həlledici əhəmiyyət daşıya bilərdi".

Məlumata görə, "Respublika" partiyasının üzvü Arutyun Mkrtçyan onların hər ikisini xuliqanlıq və təşviqat kampaniyasına mane olmaqda ittiham edib.