İbrahim Kalın “Charlie Hebdo”nun zəlzələ ilə bağlı karikaturasına cavab verib

Region
  • 07 fevral, 2023
  • 16:29
İbrahim Kalın “Charlie Hebdo”nun zəlzələ ilə bağlı karikaturasına cavab verib
İbrahim Kalın

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Fransanın satirik “Charlie Hebdo” jurnalının dağıdıcı zəlzələ ilə bağlı karikaturasına reaksiya verib.

“Report”un məlumatına görə, o, bu barədə tviter səhifəsində paylaşım edib.

“Müasir barbarlar. Kin və nifrətinizdə boğulun”, - İ.Kalın yazıb.

Qeyd edək ki, jurnalın “Türkiyədə zəlzələ” karikaturası “Artıq tank göndərməyə ehtiyac yoxdur!” ifadəsi ilə müşayiət olunur.