İbrahim Kalın: Azərbaycandan dünya bazarlarına açılan enerji xətləri qlobal enerjinin sabitliyində mühüm rol oynayır
- 10 oktyabr, 2025
- 22:15

Azərbaycandan dünya bazarlarına açılan enerji xətləri qlobal enerji sabitliyinin təminatında mühüm rol oynayır.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın "Beynəlxalq Kəşfiyyat Araşdırmaları Konqresi"nin açılışında deyib.
İbrahim Kalının sözlərinə görə, türk dünyası bu gün dünyanın üzləşdiyi ən fundamental problemlərdən biri olan enerji təhlükəsizliyində planetin zəmanətçisinə çevrilib.
O bildirib ki, Türk dünyası enerji təhlükəsizliyində ən mühüm əsas oyunçulardan birinə çevrilib: "Bu gün Qazaxıstandan Türkmənistana, Azərbaycandan Türkiyəyə, Avropaya və dünya bazarlarına açılan Yaxın Şərq enerji xətləri və bazarları qlobal enerji sabitliyinin təmin edilməsində əsas rollardan birini oynayır".