İstanbulda polisə atəş açılıb

Region
  • 21 yanvar, 2017
  • 08:02
İstanbulda polisə atəş açılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ İstanbulun Esenyurt rayonunda naməlum şəxs polis əməkdaşına atəş açıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, atışma nəticəsində ölən və yaralanan yoxdur.

Polisə hücum edən silahını, əl bombasını və çantasını hadisə yerində qoyaraq qaçıb.