​İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində 17 nəfər tutulub

Region
  • 11 sentyabr, 2015
  • 08:50
​İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində 17 nəfər tutulub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Terrora qarşı Mübarizə Şöbəsi və təhlükəsizlik qurumlarının keçirdiyi antiterror əməliyyatları nəticəsində 17 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, əməliyyat şəhərin Sancaqtəpə, Ataşəhir, Küçükçekmece, Umraniye, Esenyurt, Bayrampaşa, Qaziosmanpaşa və Zeytunburnu rayonlarında keçirilib.

Tutulanlardan 14-ü terrorçu PKK-nın üzvüdür.

Əməliyyat nəticəsində onlardan 2 avtomat silah, 2 tüfəng, 12 "molotov kokteyli", 11 ədəd fişəng, 43 ədəd məşəl, habelə terrorçu qruplaşmaya aid bir sıra sənədlər müsadirə edilib.

Bundan başqa Ataşəhirdə Xalqların Demokratik Partiyasının yerli təşkilatının qərargahına ziyan vurmaqda şübhəli bilinən 3 nəfər də həbs olunub.  

44 - Tezliklə