​İstanbulda iki terrorçu tutulub

Region
  • 16 aprel, 2015
  • 10:30
​İstanbulda iki terrorçu tutulub

Bakı. 16 aprel. REPORT.AZ/ İstanbulda terror törətməkdə şübhəli bilinən iki nəfər tutulub. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şübhəlilər terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (Devrimçi Halk Kurtuluş Partiyası -Cəbhəsi) üzvləridir.

Onlar təhlükəsizlik qurumlarının binalarına, təhlükəsizlik qurumlarının əməkdaşlarına, ictimai təşkilat və siyasi partiyaların qərargahlarına, konsulluqların binalarına, xarici ölkələrə məxsus nümayəndəliklərə, tanınmış iş adamlarına və onların şirkətlərinə basqın etməyi planlaşdırırmışlar.

Şübhəlilər sorğu-sual edildikdən sonra məhkəməyə göndəriləcək.