​İstanbulda FETÖ ilə əlaqəli 17 jurnalist həbs olunub

Region
  • 30 iyul, 2016
  • 03:58
​İstanbulda FETÖ ilə əlaqəli 17 jurnalist həbs olunub

Bakı. 30 iyul. REPORT.AZ/ İstanbul Prokurorluğu Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən ilə əlaqədə şübhəli bilinən 17 jurnalisti həbs edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl saxlanılan 4 jurnalist isə sərbəst buraxılıb.

İyulun 16-na keçən gecə Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra ölkədə 13 min insan saxlanılıb. Onların arasında hərbçi, polis, hakim və prokuror var. 45 min dövlət işçisi vəzifəsindən kənarlaşdırılıb.

44 - Tezliklə